Türkiyəli tanınmış aktrisa Pınar Altuğun həyat yoldaşı Yağmur Atacan silahlı hücuma məruz qalıb. SİA-nın verdiyi xəbərə görə, kanalların birinə açıqlama verən Pınar Altuğ hadisəni qorxulu filmlərlə müqayisə edib.
"Hər şey qorxulu filmlərdəki kimi olub. Atəş səslərini eşidən zaman Yağmur ofisdən çıxaraq avtomobilinə əyləşmək istəyib. Bu vaxt ona çoxlu sayda atəş açıblar. Ancaq xoşbəxtlikdən Yağmur heç bir xəsarət almadan hadisə yerindən uzaqlaşa bilib. İşin ən pis və qorxunc tərəfi isə həyat yoldaşımı öldürmək istəyən şəxsin 20 gün bundan əvvəl sərbəst buraxılmasıdır. Onun azadlıqda olmasına səbəb dəli olduğunu sübut edən sənədin olması olub. Onun sərbəstlikdə olması bizi çox qorxudur. Qızım, həyat yoldaşım və mənim həyatım təhlükədədir. Biz qaranlıq işlərlə məşğul olan insanlar deyilik. Hər an sevdiyin insanın itirmək qorxusu ilə yaşamaq, hücuma məruz qalmaq kimi ehtimallar bizə yuxu kimi gəlir. Bəlkə qızımız olmasaydı, qaçmaq və gizlənmək daha asand olardı. Hazırda dövlətə güvənməkdən başqa çarəmiz qalmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB