Türkiyəli müğənni Sərdar Ortaç həyat yoldaşı Xloe Luqnana çəkildiyi "Bəyaz qərənfil" serialında öpüşməyi qadağan edib. SİA-nın verdiyi xəbərə görə, bu səbəbdən serial yayımlanmadan gənc model rolundan imtina etməli olub. S.Ortaç serialdakı öpüşmə səhnələrinə qarşı çıxdığı üçün modelin aktrisalıq karyerası başlamadan bitib: "Nə qədər müasir düşüncəli biri olsam da, həyat yoldaşımın başqa kişiylə öpüşməsini qəbul edə bilmərəm. Əlbəttə ki, bu, Hollivud filmi olsaydı, bəlkə də göz yumardım. Xloe özü çox qısqancdır, bir gün üzüyümü taxmağı unutsam, mənimlə dalaşır. Sevgilimin parlaq gələcəyi var. Onunla birlikdə albom çıxaracağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB