Modelyerimiz “İpək yolu” Avrasiya festivalında alqışlarla qarşılanıb
Tanınmış modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova "İpək yolu" III Beynəlxalq Avrasiya Geyim Festivalında Azərbaycanı uğurla təmsil edib. Bu haqda SİA-ya danışan modelyer "Master Exibition & Performance Award" nüfuzlu mükafatına layiq görüldüyünü də dilə gətirib: "Festivalda üç kolleksiyamı təqdim etdim. Bunlar müxtəlif materiallardan ibarət "Emosiyaların partlayışı", "İlham"- xəz və dəri materiallarından istifadə etməklə geyimin üslublaşdırılmış toxunması, nəhayət ən sevimlilərdən biri "İlmələrin sehri" - xalis əl işilə paltarın toxunuşudur. Sonuncuda bütün aksessuarlar, zinət, boyunbağı, sırğalar, qolbağlar və hətta düymələr sapdan hazırlanıb. Ümumilikdə 43 geyim təqdim olunub. Mənim əl işlərim alqışlarla qarşılandı".
Qeyd edək ki, festivalda 7 ölkənin Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan. Hollandiya, Fransa dizaynerləri, Sintsyan-Uyğur Muxtar Vilayət və Çinin müxtəlif şəhərlərinin modelyerləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB