Humay Qədimovadan yenilik FOTOLAR

Tarzən Humay Qədimova musiqili layihə üzərində çalışır. Bu haqda SİA-ya sənətçi yaxın zamanlarda tar, ud, milli saz, aşıq musiqisi, özünün vokal ifası və poeziyanın vəhdətindən ibarət layihə təqdim edəcəyini deyib: "Tar milli alət sayıldığından, eyni zamanda imkanları məhdud çərçivədə olduğundan, onunla istənilən layihəyə imza atmaq cəsarət tələb edir. Mən bu baryeri dəfələrlə aşa bilmişəm. İddiada olanlara da, bunu əyani sübut etmişəm. Tarın nəyə qadir olduğunu bilirəm. Repertuarı bu nöqteyi nəzərdən, eyni zamanda bu günkü nəslin tələbatını nəzərə alaraq, qurmaqda davam edirəm. Natiq Şirinovun qrupundan söz düşdüsə, deyim ki, nağara vaxtilə ansamblın tərkibində çalınırdısa, bu gün ona tək ritm tutan alət kimi baxılmır. Böyük səhnələrdə tamaşaçıları coşdura bilən kompazisiyalar səsləndirir. Tarın imkanı isə bir başqadır. Onunla istənilən şounu yaratmaq mümkün deyil, amma peşəkar səviyyədə yanaşanda, elə bir əsər çalmaq olur ki, musiqini duyan və duymayan, bu coşquya həsəd aparır. Mən milli dəyərlərimizi qorumaq şərti ilə, eyni zamanda, müasir tələbləri nəzərə alaraq, növbəti layihələrimdə bu coşqunu yatarmaqda davam edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə