İspaniyada davam edən "San Sebastian" film festivalına qatılan və həm prodüserliyini öhdəsinə götürdüyü, həm də baş rolunu oynadığı "Automata" filmini təqdim edən Antonio Banderas maraqlı açıqlama verib. SİA–nın verdiyi məlumata görə, Antonio Banderas milliyəti ucbatından Holluvud da hər zaman qarşısına əngəllər qoyulduğunu dilə gətirərək məhz buna görə də bundan sonra öz doğma vətənində İspaniyada filmlərə daha çox çəkiləcəyini söyləyib. Festivalda "Qızıl İstridyə" mükafatı üçün yarışan "Automata" adlı elm fantastika filminin 5 milyon avroya başa gəldiyini deyən Banderas 4 ildir üzərində işlədiyini deyib. Hətta bu film üçün tər və göz yaşı tökdüyünü dilə gətirib. Antonio Banderas, "Automata" filminin təqdimatı üçün reallaşan tədbirdə, filmdə rol alan robotlarla mətbuat mənsublarına pozlar verib. Aktyor sonda "İşimlə məşğul olmaq mənə çox müsbət enerji bağışlayır. Hər yeni filmdə daha yaxşı işlər görəcəyimə inanıram", - sözlərini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB