Aktrisanın başına nələr gəldi?

Türkiyənin tanınmış aktrisası Zeynep Beşerler kanalların birində şəxsi həyatı barədə danışıb. SİA-nın verdiyi xəbərə görə, keçən il Emir İçgörənlə ailə həyatı quran aktrisa toyunda baş verən maraqlı məqamlardan söz açıb: "Toyumuzda nikah məmuru bizi 45 dəqiqə gözlətdiyi bəs deyilmiş kimi, təbrik edəndə də "Bu gün iki yaraşıqlı gənci evləndirirəm" deməsi mənə çox pis təsir etdi".

Zeynep Beşerler növbəti başına gələn hadisədən də bəhs edib: "Gəmidə yatırdım, oyandığım vaxt başımı tavana vurdum və qalxdığım kimi də yerə uzandım. Sahilə çıxan kimi ilk işimiz həkimə getmək oldu. Həkim məni müayinə edən zaman başımın zədələndiyini və iki sümüyümün sındığını dedi. Bunun üçün də çox hərəkət etməməyə çalışıram".

Bütün xəbərlər Facebook səhifəmizdə