Müğənni:“Konsertimin maraqsız olmasını istəmirəm”

Müğənni:“Konsertimin maraqsız olmasını istəmirəm”

Müğənni Gülay Zeynallı konsert vermək istəyir. Bu haqda SİA-ya sənətçinin özü danışıb: "Konsert keçirmək fikrindəyəm. Lakin hələ tam hazır deyiləm. Konsert vermək çox məsuliyyətli işdir. Konsertimin maraqsız olmasını istəmirəm. Onu da deyim ki, konsert üçün mahnı siyahısı hazırlanmalıdır, səhnənin dekorasiyası qeyri-adi olmalıdır, gözəl geyimlər seçilməlidir. Bunun üçün yavaş-yavaş hazırlıq işləri görülür. Lakin konsertimin nə vaxt olacağını dəqiq deyə bilmərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə