Gözəllər bu dəfə haranı ziyarət etdilər?

"Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalçıları Bakıda - Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzlərindən birinə baş çəkiblər. SİA-nın verdiyi xəbərə görə, finalçılar burada türkiyəli mütəxəssislər Onur Xəzər (xoreoqraf) və Məlikə Yaşılyolun (moda üzrə direktor) rəhbərliyi altında növbəti məşqlərinə başlayıblar.

Müsabiqənin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək. Yarışma "RGA" (prezident Rasim Aydın) və "Z COMPANY 2007" (prezident Zamiq Yunisov) şirkətləri tərəfindən təşkil edilib. Burada 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Müsabiqənin finalı ilə əlaqədar Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onlar arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu var.

Qeyd edək ki, gözəllik yarışması dünyanın 70-dən çox ölkəsində yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə