Müğənn-aktyor Kutsi ikinci dəfə ata olacaq. SİA-nın verdiyi xəbərə görə, 2008-ci ildə Sinəm Bayraqtutarla ailə aktyorun qız övladı dünyaya gələcək. Sənətçinin xanımı hamiləliyinin 4-cü ayındadır.

Qeyd edək ki, bir müddət əvvəl Kutsi "Huzur sokağı" serialında tərəfdaşı olan aktrisa Feyza Çıpa ilə eşq yaşamağa başlamış və bu səbəbdən xanımı və qızı onu tərk edərək Amerikaya getmişdi. Lakin serialın qurtarması ilə F.Çıpa ilə münasibətləri bitən sənətçi peşman olmuş və ailəsinə geri dönmüşdü. Sinəm isə hamilə olduğu üçün həyat yoldaşını bağışlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə