Cazibədar rəqqasə yenidən Bakıya gələcək FOTOLAR

Cazibədar rəqqasə yenidən Bakıya gələcək FOTOLAR

Ukraynanın əməkdar artisti Alla Kuşnir Bakıya gələcək. Bu haqda SİA-ya rəqqasənin rəfiqəsi teleaparıcı Zemfira Adıgözəlova məlumat verib: "Yaxın günlərdə Alla paytaxtımızın qonağı olacaq. Möhtəşəm konsert proqramı ilə çıxış edəcək. Hələ ki, A. Kuşnirin gələcəyi vaxt bəlli deyil. Buna səbəb rəqqasə xanımın hazırda qastrol səfərlərdə olmasıdır. Onu da deyim ki, Allayla birgə oriental dərslər keçmək üçün məktəb açacağıq. O, burada həmin rəqsi sevənlərə dərs deyəcək".

Qeyd edək ki, bu, ukraynalı rəqqasənin Azərbaycana üçüncü səfəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə