Müğənnilər Təranə Qumral və Musa Musayev cütlüyündən xəbər var. SİA-ya açıqlama verən Təranə xanım həyat yoldaşı ilə birgə yeni bəstələr üzərində çalışdığını deyib: "Artıq sentyabr ayıdır. Yay mövsümü bitdiyi üçün istirahətə son qoyub, iş başına keçmişik. Yeni bəstələr hazırlayırıq. Yaxın günlərdə Musayla yeni ərsəyə gətirdiyimiz mahnıları tamaşaçılara təqdim edəcəyik".
Sənətçi ailəli olan qızlarından da söz açıb: "Bilirsiniz ki, qızlarımın ikisi də sevdikləri bəylə ailə həyatı qurublar. Hazırda onlar da, biz də çox xoşbəxtik. Həyatımız öz axarı ilə davam edir. Hər şeyə görə Allahdan razıyam".



.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB