Məşhurların arxivi işlərinə problem yaratdı

Türkiyəli aktrisa Serenay Sarıqayanın və aktyor Çağatay Ulusoyun küsülülüyü çəkilişə də təsirini göstərib. SİA-nın verdiyi xəbərə görə, cütlük qarşılıqlı səhnələrdə çətinlik yaşayıb. Məhz bu səbəbdən reytinqləri yüksək olan ekran işinin növbəti ildən yayımını dayandıracağı söylənilir. Bir zamanlar sevgili olan Çağatay və Serenayın adlarının hazırda başqa şəxslərlə eşq münasibətlərində hallanması onların səmimi kadrların çəkilişində problem yaradır.

Qeyd edək ki, hazırda S.Sarıkaya iş adamı Yaman Taciroğlu, Ç.Ulusoy isə Dərya Şənsoyla birlikdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə