Sənətçilər tanınmış layihəyə qatılacaqlar

Sənətçilər tanınmış layihəyə qatılacaqlar

Məşhur "Türkcəvizyon" layihəsinə start verilir. SİA-nın verdiyi xəbərə görə, Türkiyənin Dənizli şəhərində keçiriləcək, Beynəlxalq Türk dili Sözlü Musiqi Festivalında, 22 ölkə iştirak edəcək. Türk dünyasından gələn ölkələrin məşhur sənətçiləri, öz ölkələrində tanınan mahnılarını bu dəfə, türk dilində səsləndirəcəklər. Dənizli Böyükşəhər Bələdiyyəsi, Dənizli Valiliyi və TRT-nin birgə təşkil etdiyi festival sentyabr ayının 10, 11 və 12-də şəhər konsertləriylə başlayacaq. Sentyabr ayının 10-da isə TRT Müzik kanalında efirə gedən "Egeden Ezgiler" proqramı, Dənizli Delikliçınar meydanından, canlı yayım həyata keçirəcək. Sentyabırın 11-də açıq hava Teatrında çıxış edəcək 11 ölkə sənətçisinə, İzmir və Ankara Radiosu sənətçilərindən Əli Çakar və Zeynəb Cihan da, müşayət edəcək. Burada qonaq ölkələr öz dillərində mahnılar ifa edəcəklər. Sentyabrın 12-də İncilipınar Meydanından keçiriləcək konsertdə isə, İzmir və Ankara Radiosu sənətçilərindən Makbule Kaya və Şehmus Esenkuş, iştirakçılarla eyni səhnəni paylaşacaq. Eyni zamanda proqramlarda TRT xalq rəqsləri qrupu və Dənizli xalq rəqsləri qrupu da iştirak edəcək.

Qeyd edək ki, final gecəsində sentyabrın 13-də baş tutacaq və həmin gün səhnəyə Rafet El Roman və Ezo canlı musiqilərini təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə