Azərbaycanlı rejissor və ailəsini öldürmək istədilər

Azərbaycanlı rejissor və ailəsini öldürmək istədilər

Rejissor Nail Naiboğlunun başına iş gəlib. Bu haqda SİA-ya danışan rejissor evinə oğruların girdiyini söyləyib: "Mənzilimə daxil olan zaman arxadan üç nəfər maskalı şəxs məni tutub içəri saldı. Əl-qolumu bağlayıb, evi soydular. Zinət əşyalarını, telefonlarımı götürdülər. Məndən külli miqdarda pul istədilər. Əgər sözügedən məbləği verməsəm, məni və ailəmi öldürəcəklərini dedilər. Söz verdim ki, sabah həmin pulu verəcəm. Səhəri gün danışıb, görüş təyin etdim. Həmin görüş məkanına 35-ci polis bölməsinin işçiləri də gəldi. Onlar da işlərini layiqincə yerinə yetirərək oğruları yaxaladılar. Bu gün polislərimizin sayəsində yaşayıram. Onu da deyim ki, evimə basqın edən üç nəfər oğrudan birini tanıyıram".

Bütün xəbərlər Facebook səhifəmizdə