Tanınmış müğənni Azərbaycan dilində mahnı oxuyacaq

Tanınmış müğənni Azərbaycan dilində mahnı oxuyacaq

İtalyan müğənnisi İnqrid Alberini Azərbaycan dilində mahnı oxuyacaq. SİA-nın verdiyi xəbərə görə, o, Bakıda polo üzrə II Dünya kuboku çərçivəsində keçiriləcək konsertdə səhnəyə çıxacaq. İfaçı "Qolos Ukrayna" musiqi yarışmasında səsi ilə münsifləri heyran qoyan Vaqif Nağıyevlə birgə "Ümid yağışı" adlı bəstəni səsləndirəcək. Onların çıxışı sentyabrın 6-da baş tutacaq.

Qeyd edək ki, "Ümid yağışı" mahnısının sözləri Gövhər Həsənzadəyə, musiqisi Alxanlıya, aranjemanı isə Yaşar Baxışa aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə