Bu gün bəstəkarın toyudur

Bəstəkar Tural Bayraməliyevin yeni bəstəsini əməkdar artist Aygün Bəylər səsləndirib. Bu haqda SİA-ya bəstəkar özü məlumat verib: " "Düşündüm" adlı mahnı bir müddət öncə sənətdən uzaqlaşdığı barədə xəbərləri dolaşan Aygün Bəylərin dönüş nəğməsi hesab olunur. Aygün xanımla işbirliyimiz "Getmisən" mahnısı ilə başlayıb, "Düşündüm"lə davam edir. Səsinin gözəlliyi mahnını tamamlayıb. Bu bəstəyə klip də çəkdirəcəyik. Ekran işi rejissor Natiq Novruzova həvalə edilib"

Qeyd edək ki, Tural Bayraməliyev bu gun ailə həyatı qurur. Onun özəl günündə sənətçi dostları yaxından iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə