Heydər Əliyev Sarayında yeni mövsümün açılışı

Heydər Əliyev Sarayında yeni mövsümün açılışı

Heydər Əliyev Sarayı yeni mövsümü sentyabrın 19-da "İsti payızın sərin nəğmələri" adlı konsert proqramı ilə açacaq. Bu haqda SİA-ya Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə məlumat verib. Sentyabr ayının 19-da keçiriləcək konsertdə ölkənin tanınmış sənətçiləri çıxış edəcək. Gecədə müğənnilərdən Səbinə Babayeva, Nurlan Növrəsli, Günay İbrahimli, Nicat Cəfərzadə, Elçin Cəfərov, Murad Sadıx, Pərviz Abdullayev, Amil Həsənoğlu, Nicat Məhərrəmov, Sevda Yahyayeva, Kənan Qədimov, skripkaçı Səlim Abbasov və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, konsert saat 19:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə