İlkin Həsəni: "Çoxdandır istədiyimiz işə başlayırıq"

İlkin Həsəni: "Çoxdandır istədiyimiz işə başlayırıq"

Nəhayət "Bozbash Pictures" komandası yeni tammetrajlı komediya filminin çəkilişlərinə başlayır. Bu haqda SİA-ya teleaparıcı İlkin Həsəni məlumat verib: "Bu gün çoxdandır etmək istədiyimiz bir işə başayırıq. ATV və İlk Media şirkəti "Bozbash Pictures"in çəkilişlərinə start verir. Çəkilişlər Azərbaycan, Türkiyə və Gürcüstanda olacaq. Yekun mərhələsi isə payızda Kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcək. Hər kəsə uğurlar".

Qeyd edək ki, "Bozbash Pictures"də əsas rollarda İlkin Həsəni, Ramil Babayev, Nicat Rəhimov, Elşən Orucov və Azər Baxşəliyev iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə