Bir çox məşhur filmlərdəki rolları ilə tanınan, 2009-cu ildə "Oskar" mükafatına layiq görülmüş amerikalı aktrisa Loren Bekoll dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlunata görə, 89 yaşlı aktrisa Nyu-Yorkdakı evində vəfat edib. Səsi və baxışları ilə hər zaman diqqəti özünə cəmləyən, vaxtilə modellik də etmiş Loren "Eşqin üzü" filmi ilə "Ən yaxşı ikinci dərəcəli qadın aktrisa" nominasiyasında "Oskar"a namizəd göstərilsə də, həmin mükafatı ala bilməmişdi.
Lakin daha sonra kino sahəsindəki xidmətlərinə görə "Oskar"a layiq görülüb. Həmçinin o, iki dəfə "Qızıl qlobus" və "Toni" mükafatlarının sahibi olub.
Qeyd edək ki, ilk dəfə aktyor Hampri Boqartla ailə quran aktrisa 1957-ci ildə onun ölümündən sonra evliliyini aktyor Ceyson Robardsla davam etdirib. "Mavi yuxu", "Qara zolaq", "Milyonerə necə ərə getdim", "Yad ərazi", "İki üzün aynası", "Ölümlə görüş" və s. filmlərdə çəkilən L.Bekollun Sam adlı oğlu var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB