Məşhur cütlüyün mahnısı türkiyəli sənətçinin albomuna daxil edilib
Şairə Leyli İsrafilova və həyat yoldaşı bəstəkar Hakan Erolun mahnısı türkiyəli müğənni Çingiz Kurtoğlunun yeni albomunda yer alıb. SİA-nın verdiyi məlumata görə, "Saklı düşler" adlı albomda cütlüyün "Kor olsun" bəstəsi də daxil edilib.
Nəzərinizə çatdıraq ki, sənətçi sözügedən mahnını oğlu Orçunla duet şəklində ifa edib. 10 mahnının daxil olduğu disk yaxın günlərdə satışa çıxarılacaq.
Qeyd edək ki, Çingiz Kurtoğlu "Kor olsun" adlı bəstəyə klip də çəkdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB