Azərin Türkiyədə müalicə olunan əsgərləri ziyarət etdi FOTOLAR
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son günlərdə meydana gələn hücumlar zamanı yaralanan əsgərlərdən 3-ü müalicəsini Türkiyədə davam etdirir. SİA-nın verdiyi məlumata görə, əməkdar artist Azərin ötən gün Ankarada müalicə olunan əsgərlərimizi ziyarət edib. Sənətçi yaralı əsgərlərimizə ruh yüksəkliyini yaratmağa çalışıb: "Müalicə üçün Azərbaycandan Türkiyəyə gətirilmiş əsgərlərimizi, qəhrəman, igid oğullarımızı ziyarət etdik. 19 yaşlı əsgərimiz Sərxan Tahirzadə mərdliyi ilə, mətanətli davranışı ilə bizi valeh etdi. Mən sadəcə bir şey deyə bilərəm: nə qədər ki, Vətənin belə oğulları var, bu Vətən, bu Torpaq, bu bayraq var olacaq".
Qeyd edək ki, 19 yaşlı əsgərimiz Sərxan Tahirzadə müğənni Azərinlə danışığında ona ayağa qalxdıqdan sonra Qarabağa gedəcəyini bildirib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB