Əməkdar artist: “Həyat yoldaşım mənə dəstək olur”

Əməkdar artist: “Həyat yoldaşım mənə dəstək olur”

Əməkdar artist Gülyanaq Məmmədova yay mövsümünün olmasına baxmayaraq, yeni layihələr üzərində çalışdığını deyib. SİA-ya açıqlama verən sənətçi yaradıcılıq işləri ilə əlaqədar olaraq övladlarına kifayət qədər vaxt ayırmadığını da dilə gətirib: "Bir həftə Şəkidə istirahət etdikdən sonra yenidən işlərimə start vermişəm. Yeni layihələr üzərində çalışıram. Onu da deyim ki, yaradıcılıq işlərimin çox olduğuna görə, uşaqlarıma yetərincə zaman ayıra bilmirəm. İşlərim mənə ailədə problem yaradır. Xüsusi ilə nəzərinizə çatdırım ki, həyat yoldaşım mənə hər işdə dəstək olur. Eyni zamanda bacılarım işlərimin çox olmasını nəzərə alaraq övladlarıma baxaraq ana kimi qayğı göstərirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə