Rejissor qeyri-adi addım atdı

Rejissor Nail Naiboğlu əsgərlərimizin şəhid olduğu məqamda maraqlı addım atıb. Bu haqda SİA-ya danışan Nail "Canım Azərbaycanım" adlı layihəyə start verdiyini dilə gətirib: "Son günlər cəbhədə baş verən atışmada bir neçə əsgərimiz şəhid oldu. Buna görə də vətənpərvərlik mövzusunda kliplər çəkmək qərarına gəldim. "Canım Azərbaycanım" adlanan layihədə ilk klip Müslüm Maqomayevin "Azərbaycan" mahnısının instrumental versiyasına çəkildi. Bu versiyanı gitara ifaçısı Mehdi səsləndirib".

Bütün xəbərlər Facebook səhifəmizdə