"Miss Globe İnternational” müsabiqəsi ilə bağlı tədbir keçirilib FOTOLAR

"Miss Globe İnternational" müsabiqəsi ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə ilk öncə şəhid olmuş əsgərlərin ruhu yad edilib. Daha sonra müsabiqənin direktoru Savaş Ağca çıxış edərək yarışmadan bəhs edib. O, "Dünya Azərbaycana gəlir" şüarı altında baş tutacaq tədbirdə maraqlı anların yaşanacağını deyərək, sualları cavablandırıb: "120 ölkənin gözəli avqustun 27-də Bakıya gələcək. Eyni zamanda xarici ölkədən qonaqlar da dəvət edilib. Yarışma 120 ölkənin 58 kanalında - Azərbaycan, türk, ingilis dilində canlı olaraq yayımlanacaq. Gecədə - Demet Akalın, Asena, Gökhan Özen, İnna, Lolita, Gürkan Uyqun kimi məşhurlar çıxış edəcəklər. Aparıcı isə Burcu Əsmərsoy olacaq. Türkiyənin "Kanal D, "Star magazin", "Show TV magazin", "TV8 Magazin" verilişlərinin çəkiliş qrupu da paytaxta gələcək".

Qeyd edək ki, ölkəmizi dünya gözəllik yarışmasında 18 yaşlı Banu Sücai təmsil edəcək. Banu Türkiyədə peşəkarlardan dərslər alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə