Opera ifaçısı şəhidlərimizə gecə həsr etdi FOTOLAR

Opera ifaçısı şəhidlərimizə gecə həsr etdi FOTOLAR

Azərbaycanda fəaliyət göstərən qardaş ölkənin opera ifaçısı Oya Ergün Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə şəhidlərimizin əziz xatirəsinə "Barok Arialar Axşamı" adlı gecə təşkil edib. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "İki həftə öncə aria gecəsini keçirməyi planlaşdırmışdıq. Amma son anda aldığımız Azərbaycan ordusunun əsgərlərinin şəhid olması xəbəri bizi çox üzdü. Biz də bu axşamı şəhidlərin əziz xatirəsinə həsr etdik. Proqramı dəyişərək yalnız şəhidlərə aid arialar səsləndirdim. Allah vətən uğrunda dünyasını dəyişən əsgərlərə rəhmət eləsin!"

Qeyd edək ki, Alman- Azərbaycan mədəniyyət birliyi "Kapellhaus"da keçirilən arialar gecəsində Amerikanın Azərbaycandakı səfiri, Türkiyənin Azərbaycan səfirliyinin diplomatları, İtalyanın Azərbaycan səfirliyinin münayəndəsi və digər səfirliklərin təmsilçiləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə