Əməkdar artist: “Mən də savaşa gedəcəm”

Əməkdar artist: “Mən də savaşa gedəcəm”

Əməkdar artist Aybəniz Haşımova əsgərlərimizə dəstək olub. SİA-ya açıqlama verən sənətçi döyüşə hər an getməyə hazır olduğunu dilə gətirib: "Kimlərsə 1992-ci ildə də öz mənfəəti üçün xeyir qazanmaq istədi və qazandı. Artıq 1992-ci il deyil, 2014-cü ildir. Qüdrətli dövlətimiz, ordumuz, oğullarımız var. Bu gün hər birimiz bu addımda ölkəmizin yanında olmalıyıq. Lazım olsa, mən də savaşa gedəcəm. Özü də arxa cəbhədə yox, ön cəbhədə olacam. Əsas odur ki, erməni quduzuna imkan verməyək ki, ölkəmizdən xoşagəlməz məlumatı eşidərək bayram etsin. Vətənimin səhvli- səhvsiz bütün övladlarına qurban olum. Onlar bizimdirlər. Vətən hər birimizin evidir. Gəlin, bir-birimizə kömək olaq!"

Bütün xəbərlər Facebook səhifəmizdə