Ermənilər bu dəfə Nadirin mahnısını oğurladılar

Ermənilər bu dəfə Nadirin mahnısını oğurladılar

Müğənni Nadir Qafarzadənin ifa etdiyi "Maral" adlı bəstəni erməni ifaçısı mənimsəyib. SİA-nın verdiyi xəbərə görə, sözügedən mahnını Temur Javoyan lentə aldırıb. Bəstəni ifa etməklə kifayətlənməyən ifaçı bu mahnını yeni işıq üzü görəcək albomuna əlavə edəcək.

Qeyd edək ki, Nadir Qafarzadənin "Maral" mahnısı artıq "youtube" kanalında 6 milyon dəfə dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə