Daha bir ifaçı öldü

Türkiyə musiqisində daha bir itki baş verib. SİA-nın verdiyi xəbərə görə, uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkən, hər kəsin sevdiyi "Ay Yüzlüm" mahnısının ifaçısı Murat Göğebakan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Murat Göğebakan 1968-ci ildə Adanada dünyaya göz açıb. 1986-cı ildə Hacettepe Ankara Dövlət Konservatoriyasına daxil olub. M.Göğebakanın gənc yaşında qurduğu ilk evlilikdən Bülent adlı övladı var.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə