Müğənnini zibil yığanlar döydü

Müğənnini zibil yığanlar döydü

Bodrumda dincələn türkiyəli müğənni Halil Sezai zibil yığanlar tərəfindən döyülüb. SİA-nın verdiyi xəbərə görə, gecədən səhərədək içki içən ifaçı sahilboyu gəzərək yüksək səslə mahnı oxuduqdan sonra əlindəki şüşəni yerə tullayıb. Bu vaxt zibil toplayanlar ona "Şüşəni niyə küçəyə atırsan, zibil maşınına qoy" deyə etiraz ediblər. H.Sezainin bu xəbərdarlığa əhəmiyyət verməməsi işçiləri əsəbləşdirib və onlar müğənnini küçənin ortasındaca döyüblər. Ətrafdakıların müdaxiləsindən sonra ara sakitləşib. Bədənində yara izləri qalan sənətçini xəstəxanaya aparmaq istəsələr də, o, razılaşmayaraq evə yollanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə