Aktyor xəstəxanadan evə buraxıldı

Aktyor xəstəxanadan evə buraxıldı

Uzun müddətdir müalicə olunan türkiyəli aktyor Nejat İşlər xəstəxanadan evə buraxılıb. SİA-nın verdiyi xəbərə görə, aktyor qan dövranının pozulması nəticəsində sağ əl barmaqlarında yaranan göyərmə səbəbindən 42 gün əvvəl əməliyyat olunmuşdu. Amerika xəstəxanasında yatan N.İşlər bu yaxınlarada yenidən fiziki müalicəyə başlayacaq.

Qeyd edək ki, aktyor ağciyər infeksiyası və nəfəs çatışmazlığı səbəbindən septik şok keçirərək 95 gün reanimasiyada qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə