Müğənni hamilədir?

Müğənni Beyons və Cey Zi cütlüyünün növbəti dəfə valideyn olacaqları deyilir. SİA-nın verdiyi xəbərə görə, bu məlumatı ulduzun rəfiqəsi Lila Kim yayıb. Lila Kim Beyonsun hamilə olduğu üçün içkidən imtina etdiyini bildirib: "Dostlarla birgə əylənirdik. Hamı içki içirdi, Beyons içməkdən imtina etdi. Zarafatla hamilə olub olmadığı soruşdum. O isə "bəli" deyərək məni təəccübləndirdi".

Qeyd edək ki, Beyons iddialarla bağlı hələlik heç bir açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə