Məşhur aktyorun cəsədi tapıldı

Hollivudun məşhur aktyoru Deyv Leqenonun cəsədi tapılıb. SİA-nın verdiyi xəbərə görə, 50 yaşlı britaniyalı aktyorun ölümü bütün kino aləmini sarsıdıb. Deyilənlərə görə, dostları ilə Kaliforniyada Ölüm vadisi adlanan ərazidə gəzintiyə çıxan Deyvin günvurma nəticəsində keçinib.

Qeyd edək ki, mərhum aktyor "Batman", "Pambıq şahzadə və ovçu", "Snatch" kimi filmlərə çəkilib. Ona daha çox "Harry Potter" adlı ekran işində "Qurd adam" Fenrir Qreybək obrazı məşhurluq qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə