Türkiyənin tanınmış prodüseri və aparıcısı Acun İlıcalı "Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazını canladıran aktrisa Məryəm Uzerlini Türkiyəyə qaytarmaqdan ötrü Almaniyaya yollanıb. SİA-nın verdiyi xəbərə görə, "Acun Media"nın yeni mövsümdəki layihələrində iştirak etmək üçün aktrisaya təkliflər irəli sürülüb. Belə ki, onun "Yetenek sizsiniz" və "Rising Star" proqramlarının birində olmasını istəyib. Məryəm "Yetenek sizsiniz" layihəsinə razılıq versə, müğənni Hülya Avşarın yerində münsif kürsüsünə oturacaq.
Qeyd edək ki, Məryəm Üzərli bir müddət öncə rol aldığı serialın çəkilişlərini yarımçıq qoyaraq ölkəsi Almaniyaya geri dönmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB