Tolqa Karel Beren Saatla bir araya gələcəkmi? FOTO

Tolqa Karel Beren Saatla bir araya gələcəkmi? FOTO

"Survivor" yarışmasından qayıtdıqdan sonra aktyor Tolqa Karelin aktrisa Beren Saatla birlikdə "Kösəm Sultan" serialında çəkiləcəyi barədə şayiələr yayılıb. SİA-nın verdiyi xəbərə görə, mediada aktyorun adıçəkilən serialda rol almaq üçün danışıqlar aparması və prodüser-aparıcı Acun İlıcalının "Tv8" kanalında yeni mövsümdə yayımlanacaq şou-proqram təqdim edəcəyi barədə informasiyalar gedib.

Lakin Tolqa Karel bu xəbərləri təkzib edib: "Hər iki xəbər yalandır. Düzdür, yarışmadan qayıdandan bəri tətil planlarımı təxirə salmışam, peşəmlə əlaqədar bəzi ssenariləri və təklifləri dəyərləndirirəm. Ancaq bütün bunlar yazılan həmin xəbərlərlə bağlı deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə