Ayaza hansı həmkarları “salam” vermir?

Ayaza hansı həmkarları “salam” vermir?

Müğənni Ayaz Qasımov özünü öyən həmkarlarından söz açıb. SİA-ya açıqlama verən Ayaz bəzi sənətçilərə məsləhət verməyi də unutmayıb: "Şou-biznesdə özündən razı bir çox sənət dostlarım var. Hətta onları sevən tamaşaçılara belə saymazlıq edirlər. Ancaq həmin həmkarlarım bilməlidir ki, onların məşhur olmasında tamaşaçıların böyük rolu var. Ən əsası onu da deyim ki, məşhurluğundan asılı olmayaraq hər bir insan sadə olmalıdır".

Ayaz ona "salam" verməyən ifaçıların olduğunu da diqqətə çatdırıb: "Bəzi müğənnilər bahalı maşınına və villasına görə digər həmkarlarına salam vermir. Sözügedən kəslərin belə etmələri çox ayıbdır".

Bütün xəbərlər Facebook səhifəmizdə