"Xalq ulduzu" yarışmasının yadda qalan iştirakçısı müğənni Kamil Cəfərov Litvada keçirilən "Baltika 2014" Beynəlxalq folklor festivalında iştirak edib. SİA-ya açıqlama verən müğənni bu müsabiqəyə Azərbaycan Mədəniyyət nazirliyinin xətti ilə getdiyini söyləyib: "Litvada mənim iştirakımla "Qarabağ muğam" üçlüyünün çıxışı oldu. Tarda məni Ramin Rüstəmov, kamançada İlxas Məmmədov müşayiət edirdi. Bizim çıxışımız ən yadda qalan nömrələrdən oldu. Hətta ifamızı təqdim etdikdən sonra Litvanın mədəniyyət naziri bizimlə görüşdü. O, Azərbaycan musiqisi barədə çox yüksək fikirdə olduğunu bildirdi. Bu bizim ilk çıxışımız idi. Müsabiqə çərçivəsində Litvanın ayrı-ayrı şəhərlərində çıxışlarımız olacaq. Onu da deyim ki, festival çərçivəsində hələ səkkiz gün burda olacağıq. Ayın 3-də isə Litvanın Prezidenti bizi qəbul edəcək".



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB