Müğənni Sevinc Musayeva bir müddətdir gizli saxladığı layihəsini nəhayət ki, tamamlayıb. SİA-nın verdiyi xəbərə görə, 2 aydır Ukraynanın məşhur leybllarından biri ilə əməkdaşlığa başlayan müğənni ukraynalı bəstəkardan "Leto" mahnısını oxuyub. Mahnı Ukraynada aranjeman olunub, studiya işləri də orda həyata keçirilib. Bəstənin sözləri rus dilində olsa da, "Bakı" sözü də əlavə olunub. Sənətçi Azərbaycan dinləyiciləri üçün mahnını öz dilimizdə də ifa edəcək. "Leto" mahnısının Ukraynada da tanıdılması üçün işlər görüləcək. Müğənni bu mahnının sadəcə başlanğıc olduğunu və uğurlu olarsa, Ukrayna ilə layihələrin davam etdiriləcəyini bildirib. Layihənin müəllifi və məbləği də açıqlanmır. S.Musayeva bu layihədə əsas məqsədinin yaradıcılığının daha yeni mərhələsinə qədəm qoyması ilə əlaqələndirib.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB