Türkiyənin tanınmış aktyoru Murad Yıldırım və aktrisa Burçin Dərzioğlu boşanıblar. SİA-nın verdiyi xəbərə görə, bu barədə cütlük jurnalistlərə açıqlamalarında bildirib: "Birlikdə qəbul etdiyimiz qərara əsasən, boşanırıq. Belə bir vaxtda şəxsi həyatımıza göstərəcəyiniz hörmət və anlayışa görə təşəkkür edirik!"
Qeyd edək ki, Murad Yıldırım "Susqunlar" filmindəki Ecevid rolu ilə, Burçin Dərzioğlu isə "Fırtına" serialındakı Zeynəb obrazı ilə tanınıb və sevilib. Cütlük 2008-ci ildə "Fırtına" filminin çəkiliş meydanında tanış olaraq ailə qurmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB