Müğənni Nadir Qafarzadə "Göndər" adlı mahnısına klip çəkdirib. Bu haqda SİA-ya danışan Nadir çəkilişlərin Gürcüstanda baş tutduğunu deyib: "Nəhayət "Göndər" adlı bəstəmə ekran işi verdirdim. Çəkilişlər Gürcüstanın Tiflis şəhərində həyata keçdi. Səhər saat 9-da başlayan çəkiliş gecə saatlarına qədər davam etdi. Rejissor Elnur Əliyevin ekranlaşdırdığı klipdə tərəf müqabilim 2012-ci ildə "Gürcüstan gözəli" seçilən Tamar Shedaniadır. Ekran işi üçün bir neçə geyim dəyişdim. Hazırda klip montaj olunur. Hazır olduqdan sonra media nümayəndələrinə təqdim edəcəm".
Qeyd edək ki, "Göndər" adlı mahnının sözləri və musiqisi Fərid Kərimiyə məxsusdur.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB