Teleaparıcı hər kəsə oruc tutmağı məsləhət gördü

Teleaparıcı hər kəsə oruc tutmağı məsləhət gördü

Teleaparıcı Nanə Ağamalıyeva Ramazan ayında hər kəsə oruc tutmağı məsləhət görüb. Bu haqda SİA-ya açıqlama verən Nanə illər öncəyə qayıdaraq Ramazan ayı ilə əlaqədar olaraq başına gələn hadisədən də söz açıb: "2-ci kursda oxuyurdum, urəyimi bir insan çox qırmışdı. Səhərə qədər qədr gecəsində ağladım. Üstündən 2 gün keçmədi ki, həmin insan gəldi çıxdı qarşıma və göz yaşları içində onu bağışlamağımı istədi. Şokdaydım. Onu da deyim ki, Ramazan ayında Allahım mənə həmişə mükafat verib. Bu, vacib orucdur və Allahımız buyurub ki, bütün sağlam insanlar oruc tutsun. Ramazan ayını sevirəm. Çünki bilirəm, məhz bu ay günahlarımın bağışlanması, əzizlərimin sağlığı üçün etdiyim bütün dualar bizi qoruyacaq!".

Bütün xəbərlər Facebook səhifəmizdə