Yeni ailə quran teleaparıcını bəyin ailəsi qəbul etmədi FOTOLAR

Yeni ailə quran teleaparıcını bəyin ailəsi qəbul etmədi FOTOLAR

Özündən 11 yaş kiçik sevgilisi ilə ailə həyatı quran türk teleaparıcısı Ece Erkeni qaynanasıgil qəbul etmir. SİA-nın verdiyi xəbərə görə, nikah mərasimdə hər iki tərəfin ailə üzvlərindən heç kimin olmaması diqqət çəkib. Buna görə də jurnalistlər bəyin atasının fikirlərini öyrəniblər.

Belə ki, bundan öncə də ailəli olan Ecenin qayınatası Nurəddin Uçar toydan xəbərinin olmadığını dilə gətirib: "Gizlicə evləniblər, mənim xəbərim yoxdur. Ece gəlinimiz ola bilməz, heç kim bu evliliyə razı deyil. Nəticəsi çox pis olacaq".

Qeyd edək ki, Ece Erkenin nikahdan sonra şəkillərini sosial şəbəkədə paylaşması bəyin ailəsində qalmaqal yaradıb. Aparıcı ilə yanaşı Sərkan da İnstagram səhifəsində Ece ilə birlikdə olan şəklini paylaşaraq xoşbəxt olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə