Türkiyəli müğənni Kənan Doğulu sevənlərinə konsert verib. SİA-nın verdiyi xəbərə görə, ifaçı tamaşaçıları salamlayaraq gecəyə "Gül" mahnısı ilə başlayıb. 3 saata yaxın davam edən konsert zamanı bir-birindən məşhur mahnılarını səsləndirib. Gecədə maraqlı sürprizlər də olub. "Manga" və Rumıniyanın populyar "Radio Killer" musiqi qrupları Doğulu ilə birlikdə səhnəyə çıxıb. Müğənninin konsertini izləməyə gələnlər arasında tanınmışlar da olub.
Qeyd edək ki, sənətçi iyulun 27-də aktrisa Beren Saatla Amerikada ailə həyatı quracaq.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB