Müğənni İradə İbrahimovanın ailəsində ağır itki üz verib. SİA-nın məlumatına görə, sənətçinin qayınatası Zafer İzer dünyasını dəyişib.
İfaçı bu haqda sosial şəbəkədə yazıb: "Etik dəyərləri həyat tərzi seçərək hamımıza örnək olan sevgili qayınatam, mənə gəlinim deyil, həmişə qızım dedin. Səni əsla unutmayacağıq. Məkanın cənnət olsun. Allah rəhmət eləsin!".
Qeyd edək ki, İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub və bir qızı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB