Bu gün mətbuatda gedən araşdırmada siqaret çəkən şou nümayəndələrinin adlar açıqlanıb. Həmin siyahıda müğənni Rəqsanə İsmayılovanın da adı hallanıb. Bu haqda SİA-ya açıqlama verən Rəqsanə xəbəri təkzib edib: "Peşəsindən asılı olmayaraq, siqaret çəkən xanımların bu asılılığına normal yanaşıram. Kimin ürəyi istəyir siqaret çəkir. Amma mən bu günə qədər nə siqaret çəkmişəm, nə də spritli içki qəbul etmişəm. Bunlar heç vaxt məni özünə cəlb etməyib. Siqaretin qoxusunu sevmirəm. Nə qədər parfüm, bahalı ətirlər istifadə etsən belə, onun siqaretin qoxusunu ört-basdır eləmək mümkün deyil. Heç kim də deyə bilməz ki, Rəqsanə siqaret çəkir. Bir müddət qəlyan qəbul edirdim. Həkimin tövsiyəsindən sonra 3-4 ay olar ki, qəlyandan istifadə etmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB