Xalq artisti Nisə Qasımovanın Qarabağ bölgəsinə səfəri davam edir. SİA-nın verdiyi xəbərə görə, növbəti konsert ötən gün Füzuli rayonunun Horadiz şəhərində yerləşən Muğam Mərkəzinin yay zalında baş tutub. İfaçının öz təşəbbüsü və Müdafiə Nazirliyinin xəttilə həyata keçirilən tədbir, Milli Qurtuluş gününə həsr edilib. Mərasimdən öncə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək hər kəsi bayram münasibətilə təbrik edib. İcra başçısı çıxışının sonunda Nisə Qasımovaya xüsusi təşəkkürünü bildirib və müğənninin Qarabağ bölgəsində konsert vermək təşəbbüsünü alqışlayıb. Xalq artisti bunu müğənni olaraq özünə borc bildiyini deyib.
Sonra müğənni hər kəsi bayram münasibətilə təbrik edərək repertuarında yer alan mahnıları səsləndirib. Konsert zamanı N. Qasımovanı İsmayıl Əlizadənin rəhbərlik etdiyi "Kainat" instrumental ansamblı müşayiət edib.
Qeyd edək ki, hazırda Ağdam rayonunun Quzanlı kəndində olan xalq artisti sabah orada yerləşən N saylı hərbi hissədə növbəti konsert proqramı ilə çıxış edəcək.
.jpg)
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB