Elçin Hüseynov niyə yuxusuz qaldı?

Elçin Hüseynov niyə yuxusuz qaldı?

Müğənni Elçin Hüseynov yaradıcılığından söz açıb. SİA-ya açıqlama verən sənətçi yeni bəstələr yazdırdığını dilə gətirib: "Sentyabr ayında yeni mahnılarım və diskim işıq üzü görəcək. Alboma və bəstələrə hələ ki, ad qoymamışıq. Mahnılarımın musiqisi Tərlan və Elçin Cəfərovun, sözləri isə Azər Şirinindir. Retro və xalq mahnılarına da üstünlük vermişəm. Onları da repertuarımda eşidəcəksiniz.

Elçin iyul ayında dincəlməyə gedəcəyini də söyləyib: "Son günlər işlərim çoxdur. Hətta yatmağa belə vaxtım yoxdur. Ona görə hələ ki, istirahət etməyi düşünmürəm. İyul ayında Azərbaycandan kənarda dincəlməyi planlaşdırmışam".

Bütün xəbərlər Facebook səhifəmizdə