Xalq artisti Qarabağ bölgəsində konsertlər verir FOTOLAR

Xalq artisti Qarabağ bölgəsində konsertlər verir FOTOLAR

Xalq artisti Nisə Qasımova Qarabağ bölgəsində konsert proqramlarına start verib. SİA-nın verdiyi xəbərə görə, müğənninin öz təşəbbüsü və Müdafiə Nazirliyinin xəttilə həyata keçirilən konsert Milli Qurtuluş gününə həsr edilib. İlk konserti Sərhəd Qoşunlarının Füzuli rayonunun Horadiz şəhərində yerləşən N saylı hərbi hissəsində baş tutub. Hərbçilər qarşısında çıxış edən sənətkar zabit və əsgərləri bayram münasibətilə təbrik etdikdən sonra repertuarında olan sevilən mahnılarını onlar üçün ifa edib.

Maraqlı keçən konsertdə millət vəkili Bahar Muradova, eləcə də Füzuli rayonu İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Konsertin açılışında çıxış edən millət vəkili hərbçiləri təbrik edərək Nisə Qasımovaya xüsusi təşəkkürünü bildirib.

Qeyd edək ki, Nisə xanımın bayram konserti Qarabağ bölgəsində iyunun 16-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə