Bəstəkar həyat yoldaşına nəyi qadağa qoydu?

Bəstəkar həyat yoldaşına nəyi qadağa qoydu?

Bəstəkar Nazim Məmmədov şou-biznesdəki söz-söhbətlərdən danışıb. SİA-ya açıqlama verən Nazim özünü heç vaxt qalmaqallarda görmədiyini deyib: "Bir müddət öncə efirlərdə kimsə mənim haqqqımda mənfi fikirlər səsləndirəndə ailəm məlumat veirirdi. Ancaq həyat yoldaşıma qadağa qoymuşam ki, bu haqda daha mənə heç nə deməsin. Çünki özümü əsəbləşdirmək istəmirəm. Odur ki, heç kimə cavab verməyib, öz işlərimlə məşğulam".

Bəstəkar onu sevənlərində çox olduğunu diqqətə çatdırıb: "Cəmiyyət arasında olanda tanıyanların və sevənlərin çox olduğunu hiss edirəm. Ancaq özümü qətiyyən ulduz hesab etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə