Təranə Qumral: “Ayrılmalı olsaq, mən Musanı boşayacam. Məni heç kim boşaya bilməz” FOTOLAR

Şəxsi həyatı hər kəs tərəfindən maraqla izlənən Təranə Qumral şəxsi həyatı barədə gizli qalan məqamlardan danışıb. SİA-ya açıqlama verən müğənni bir müddət öncə həyat yoldaşı Musa Musayevlə yaşadığı problemlərin səbəbinin paxıllıq olduğunu dilə gətirib: "Paxıllığımızı çəkən insanlara görə, Musayla problemlər yaşadım. Ancaq hazırda çox xoşbəxtik. Efirlərdən kənar gəzsək də, yenə haqqımızda danışırlar. Keçmişə qayıdaraq deyim ki, 16 yaşında özümdən yaşca böyük kişi ilə ailə həyatı qurmuşam. Anamgil dünyalarını dəyişdiklərinə görə, məni bacılarım imklanlı kişiyə ərə veriblər. Bir müddətdən sonra onunla ayrılıb, Musa ilə nigah masasına əyləşmişəm. Artıq M. Musayevlə 21 ildir ki, evliyik. Xüsusilə məni sevməyənlərə ismarıc göndərirəm ki, Musa məni çox sevir. Ayrılmalı olsaq da, mən onu boşayacam. Məni heç kim boşaya bilməz".

Sənətçi yenicə ailə həyatı quran qızından da söz açıb: "Qızımın və kürəkənimin şəklini sosial şəbəkədə paylaşdım. Bizi sevməyənlər həmin fotoya lazımsız şərhlər veriblər. Bir çoxları yazıb ki, qızım bir dəfə nişanlı olub, ayrılıb. Düz qeyd ediblər. Ancaq bunu afişa etmək lazım deyil. Qızımın həyat yoldaşı və qaynanası bilir ki, o, bir dəfə nişanlı olub, əlindən heç bir ev işi gəlmir. Bütün bunlara baxmayaraq, qızımın həyat yoldaşı onu qəbul edib. Odur ki, bəziləri kiminsə ailəsində söz-söhbət yaratmaqdansa, öz işləri ilə məşğul olsunlar".

Fotolar müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə