Xalq artisti haqqında türk mətbuatında nələr yazıldı?

Xalq artisti haqqında türk mətbuatında nələr yazıldı?

Xalq artisti Aygün Kazımova Türkiyə mətbuatında səs-küy yaradıb. SİA-nın verdiyi xəbərə görə, qəzetlərdə müğənninin türkiyəli ifaçı Mustafa Ceceli ilə əməkdaşlığından bəhs edilib: "Azərbaycanın divası Aygün Kazımova "Təsadüf" adlı mahnısı üçün Mustafa Ceceli ilə səsyazma studiyasındadır. Mahnının anjimanı Mustafaya aiddir. Sinql bu yaxınlarda DMC musiqi şirkətinin imzası ilə işıq üzü görəcək. Aygün Mustafa haqqında "o həm insanlığı, həm də istedadı ilə hər kəsə örnək olacaq biridir. Musiqi baxımından qanımız uyğun gəlir" deyib. Qəzetdə daha sonra iki ifaçının bundan sonra da birlikdə çalışıb ortaya örnək işlər çıxaracaqları bildirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə